Azərbaycan güləşçiləri üçün uğurlu start

12:31 4 Sentyabr 2022

Rumıniyanın Konstansa şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsi start götürüb.

Sportarena.az xəbər verir ki, turnirdə Azərbaycanı 8 idmançı təmsil edib. İlk gün qrup mərhələsinin 1-ci turunun qarşılaşmaları baş tutub. 

Ramiz Həsənov (70 kq), Omid Kamaliaqdam, Fərid Yunusov (hər ikisi 80 kq), İbrahim Yusubov, Fərid Cabbarov (hər ikisi 90 kq), Oyan Nəzəriani və Zəfər Əliyev (hər ikisi +90 kq) turnirə qələbə ilə başlayıb. Rübail İbrahimli (70 kq) ilk görüşünü (2:3) məğlub başa vurub.

​Bu gün qrup mərhələsinin qalan görüşləri, həmçinin yarımfinal və qarşılaşmaları baş tutacaq. Bununla da güləşin bu növündə hər çəki üzrə dünya çempionları müəyyənləşəcək. 


Digər xəbərlər

Xəbər xətti