Almaniyanın Qərb Regional Liqasında 7-ci turun matçları keçirilib.
Sportarena.az xəbər verir ki, millimizin forvardı Rüfət Dadaşovun formasını geyindiyi "Şalke-2" növbəti görüşünə çıxıb. Helzenkirhen təmsilçisi "Oberhauzen"lə üz-üzə gəlib. Dadaşovun komandası 3:1 hesabı ilə qalib gəlib.
Meydana start heyətində çıxan Rüfət sona qədər meydanda olub.
"Şalke-2" 7 turdan sonra 10 xalla 8-ci pillədədi.   
                       
                                                
                        
 
                
                              
 
                       
                                            
 
