“Sabah”ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 5-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib. Sportarena.az xəbər verir ki, o, qolsuz bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Bu gün böyük üstünlüyümüz var idi. Təəssüf ki, şanslardan istifadə edə bilmədik. Rəqib boş zonaları bağlayanda, tələsməyəndə oynamaq çətindir. Ancaq burda belə hallar hələ çox olacaq. Buna alışmalıyıq.
Bütün qələbələrimiz layiqlidi. Heç bir oyunumuz asan keçməyəcək. Hər görüşdə tam konsentrasiya olmalıyıq. Bilirəm ki, sizi “Qarabağ” və “Neftçi”ylə mübarizədə necə olacağımız maraqlandırır. Mən bu mövzuya heç vaxt toxunmayacam. Daha çox hərəkətlilik olmalıdı ki, Avropada da uğurlu ola bilk. Ötən mövsüm Volkov başla xeyli qol vurub, amma bu gün fərqlənə bilmədi”.