Azərbaycan karateçiləri Premyer Liqanı 6 medalla başa vurdu

Sportarena.az      4 Sentyabr 2022 , 22:43
Azərbaycan karateçiləri Bakıda keçirilən Premyer Liqa turnirini 3 qızıl və 3 bürünc medalla başa vurub. Sportarena.az xəbər verir ki, kişilərin 60 kiloqram çəki dərəcəsində yer alan Əminağa Quliyev qızıl medal uğrunda həlledici dueldə misirli Kərim Aboeitta ilə gərgin keçən döyüşdən qalib ayrılıb – 6:5. 
 
Qadınlarıh 68 kiloqram çəki dərəcəsində yarışan dünya çempionu İrina Zaretska finalda 2019-cu ildə Minskdə keçirilmiş 2-ci Avropa Oyunlarının finalında uduzduğu Silvia Semerarodan (İtaliya) üstün olub. 5:5 bitən görüşdə qələbə Zaretskaya verilib.
 
Nəhayət, kişilərin 84 kiloqramdan yuxarı çəkisindəki Asiman Qurbanlı Taha Mahmuda (Misir) 2:1 qalib gələrək qızıl medal qazanıb. 
 
Tural Ağalarzadə (67 kq), Turqut Həsənov (84 kq) və Murad Hacızadə (+84 kq) isə üçüncü yer uğrunda görüşlərini qələbə ilə başa vuraraq yarışı bürünc medalla tamamlayıblar. 
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin