İngiltərə Premyer Liqasında 6-cı tura yekun vurulub. Sportarena.az xəbər verir ki, sonuncu oyun günündə daha 2 qarşılaşma baş tutub.
Yeddi qolun qeydə alındığı “Brayton” - “Lester Siti” matçında meydan sahibləri darmadağına seviniblər - 5:2.
Son oyunda isə “Mançester Yunayted”lə “Arsenal” üz-üzə gəlib. Dörd qolluq qarşılaşma mançesterlilərin inamlı qələbəsiylə yekunlaşıb - 3:1.
6 turdan sonra 15 xala malik “Arsenal” zirvədə qərarlaşıb. Son çempion “Mançester Siti” ilə “Tottenhem”in hesabında 14 xal var. “Brayton” 13 xalla 4-cü, “Mançester Yunayted” 12 xalla 5-ci, “Çelsi” 10 xalla 6-cı, “Liverpul” 9 xalla 7-cidir.