Almaniya çempionatı: "Borussiya" öz meydanında uduzdu

00:56 5 Sentyabr 2022

Almaniya Bundesliqasında 5-ci turun oyunları başa çatıb.

Sportarena.az xəbər verir ki, son oyun günündə Münhenqladbax "Borussiya"sı "Maynts"a minimal hesabla uduzub."Auqsburq" isə "Herta"ya məğlub olub - 0:2.

Qeyd edək ki, turnir cədvəlinə "Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən olan "Frayburq" 12 xalla liderlik edir. "Maynts" 10 xalla 5-ci, "Borussiya" Münhenqladbax 8 xalla 9-cu, "Herta" isə 4 xalla 13-cüdür.

Almaniya Bundesliqası, 5-ci tur

"Borussiya" (Mühenqladbax) - "Maynts" - 0:1

Qol: Martin, 55

Qırmızı vərəqə: İtakura, 53

"Auqsburq" - "Herta" - 0:2

Qollar: Lukebakio, 57, Rixter, 90+3 


Digər xəbərlər

Xəbər xətti