“Napoli” futbolçusunu Fransa klubuna satdı

01:25 5 Sentyabr 2022

"Lill" daha bir transfer edib.

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Fransa təmsilçisi "Napoli"dən Adam Unasla anlaşıb. Liqa 1 klubu Əlcəzair yığmasının üzvü üçün "Napoli"yə 3 milyon avro ödəyib.

25 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb. 

Unas indiyə qədər “Bordo”, “Napoli”, “Nitsa”, “Kalyari”, “Krotone” klublarında çıxış edib. 


Xəbər xətti