Azərbaycan çempionatının püşkatma tarixi məlum oldu

15:11 5 Sentyabr 2022

Sentyabrın 13-də futzal üzrə Yüksək Liqada 2022/2023 mövsümünün püşkü atılacaq.

 

Sportarena.az xəbər verir ki, Bakı İdman Sarayının mətbuat konfransı otağındakı tədbir saat 12:00-da start götürəcək.

 

Əsas yarışla yanaşı, Birinci və İkinci Liqaların da püşü atılacaq.

 

Qeyd edək ki, Yüksək Liqada iştirak üçün 6 komanda - “Araz-Naxçıvan”, “Neftçi” İK, “Baku Fire”, “Rekord club az”, “Alyans” FK (Lənkəran) və U-19 qeydiyyatdan keçib. Yarışa sentyabrın 26-da start veriləcək. 


Digər xəbərlər

Xəbər xətti