"Sabah" Ukraynanın "Şaxtyor" (Donetsk) klubu ilə yarımmüdafiəçi Aleksey Kaşukun icarəsi ilə bağlı razılığa gəlib.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, müqaviləyə əsasən, ukraynalı futbolçu cari mövsümün sonuna kimi komandamızın uğurları üçün çalışacaq.
Kaşuk 2021/22-ci illər mövsümündə də “Sabah”ın uğurları üçün çalışıb.
22 yaşlı yarımmüdafiəçi ötən mövsümdə komandamızın heyətində Premyer Liqada 8 oyun keçirib, 2 qola imza atıb.