“Barselona” futbolçularının maaşı kəsilə bilər

17:47 5 Sentyabr 2022

“Barselona”lı futbolçuların müqavilələrində maaşlarının azaldılması ilə bağlı xüsusi bənd yer alır. Futbolçular reklam tədbirlərində iştirak etməzsə, klub onların maaşını kəsə bilər.

Belə ki, əgər oyunçu mövsüm ərzində üç belə tədbiri buraxarsa, Kataloniya klubunun rəhbərliyi birtərəfli qaydada futbolçunun maaşını 10 faiz azalda bilər.

Məlumat üçün əlavə edək ki, “Barselona” hazırda dörd oyundan sonra 10 xalla İspaniya Liqasının turnir cədvəlində ikinci yerdədir. 


Xəbər xətti