"Qarabağ"ın Avroliqanın G qrupundakı rəqiblərindən olan "Olimpiakos" yarış üçün iştirak ərizəsini UEFA-ya göndərib.
31 futbolçunun olduğu siyahıda Yunanıstan təmsilçisinin yeni transferi, məşhur oyunçu Marselo da var.
Qapıçılar: 1. Tomaş Vatslik (Çexiya), 88. Kostas Tsolakis, 99. Atanasios-Teoloqos Papadudis;
Müdafiəçilər: 2. Şime Vrsalko (Xorvatiya), 4. Panaqiotis Retsos, 12. Marselo (İspaniya), 14. Tanasis Andrutsos, 15. Sokratis Papastatopulos, 24. Usseynu Ba (Seneqal), 26. Qonsalo Avila (İspaniya), 44. Kostas Manolas, 45. Oleq Ryabçuk (Moldova), 66. Pape Abu Sisse (Seneqal), 75. Fotios Kitsos;
Yarımmüdafiəçilər: 5. Andreas Buxalakis, 6. Yann MVila (Fransa), 8. Pyer Kunde (Kamerun), 28. Matyö Valbuena (Fransa), 33. Hvanq İn-beom (Cənubi Koreya), 55. Xristos Liatsos, 74. Andreas-Rixardos Ntoi, 92. Yannis Karakutis;
Hücumçular: 11. Yussef Əl-Arabi (Mərakeş), 17. Marius Vrusai, 18. Hvanq Ui-co (Cənubi Koreya), 19. Yorqos Masuras, 20. Coş Bouler (İngiltərə), 21. Pep Biel (İspaniya), 47. Abubakar Kamara (Fransa), 60. Anastasios-Andreas Tselios, 77. Qarri Rodriges (Kabo Verde).
Qeyd edək ki, "Qarabağ"la "Olimpiakos" arasında ilk oyun oktyabrın 6-da Yunanıstanda, 2-ci matç isə oktyabrın 13-ü Bakıda olacaq.