Avropa Liqasının G qrupundakı rəqiblərindən olan "Olimpiakos" yeni transferi Marselonu stadionda azarkeşlərə ictimaiyyətə təqdim edib.
Sportarena.az xəbər verir ki, 34 yaşlı futbolçu yeni komandasının formasında azarkeşlərlə tanış olub.
Marselonun ailəsi də Karaiskakis stadionunda onu tək buraxmayıb. "Real"dan gələn müdafiəçi Pirey klubunda 12 nömrəli formanı geyinəcək. Klubun sahibi Evangelos Marinakis təqdimetmə mərasimində iştirak edib.
Braziliya millisinin sabiq üzvü "Olimpiakos"la 1+1 illik müqaviləyə qol çəkib.
Xatırladaq ki, "Qarabağ"la oktyabrın 6-da "Olimpiakos"la Yunanıstanda, 13-də isə Bakıda qarşılaşacaq.