Zədə səbəbindən "Kəpəz"ə kömək ola bilməyən Yeqor Xvalkonun müalicə prosesi başa çatıb.
Sportarena.az xəbər verir ki, özünü yaxşı hiss edən müdafiəçi artıq kollektiv halda məşqlərə də qoşulub.
Komandanın digər zədəli futbolçusu Elvin Yunuszadənin də müalicəsi yekunlaşıb. O, sabahdan fərdi halda məşqlərə başlayacaq.