Vadji “Sent Etyen”də debüt etdi, penalti qazandı

00:19 6 Sentyabr 2022

Fransanın “Sent Etyen” klubunun “Qarabağ"dan transfer etdiyi İbrahima Vadji Liqa 2 təmsilçisində debüt edib. 27 yaşlı hücumçunun yeni komandasında ilk oyunu 7-ci turun “Po” ilə səfər matçına təsadüf edib.
 
Oyuna ehtiyatda başlayan seneqallı forvard 66-cı dəqiqədə Jan-Filipp Krassonun əvəzinə meydana daxil olub. Sabiq “Qarabağ”lı debüt matçında komandasına penalti qazandırıb. 84-cü dəqiqədə Lenni Pintor bu penaltidən dəqiq yararlanmaqla yekun nəticəni müəyyənləşdirib - 2:2.
 
Bu nəticədən sonra “Sent Etyen” 4 xalla 19-cu pillədə qərarlaşıb. 


Digər xəbərlər

Xəbər xətti