Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Dünya çempionatının seçmə qrup mərhələsində son oyununu keçirib.
Sportarena.az xəbər verir ki, “Dalğa Arena”da Bosniya və Herseqovina komandasına qarşı keçirilmiş oyun 1:1 hesabı ilə nəticələnib. Millimizin heyətində 67-ci dəqiqədə Nazlıcan Parlak fərqlənib.
7 xal toplayan Azərbaycan yığması qrupu 4-cü pillədə başa vurub.