"Atalanta" Yosip İliçiçlə yollarını ayırıb.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, sloveniyalı futbolçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
34 yaşlı futbolçunun karyerasını hansı klubda davam etdirəcəyi hələ ki, dəqiq deyil.
O, indiyə qədər “Bonifika”, “İnterblok”, “Maribor”, “Palermo”, “Fiorentina” klublarında oynayıb. Yarımmüdafiəçi “Atalanta”ya 2017-ci ildə keçmişdi.