UEFA Avropa Liqasının qrup mərhələsində bir-biri ilə oyunlar üçün ən çox məsafə qət edəcək 2 komandanın adı müəyyənləşib.
Bunlar "Qarabağ" və Fransa "Nant"ıdır. Nant hava limanından Heydər Əliyev Beynəlxalq Aeroportunadək olan məsafə 4 118 km-dir. Bunun üçün 7 saatdan artıq uçuş tələb olunur. Avropa Liqasının qruplarındakı digər komandaların heç biri öz aralarındakı oyunlara bu qədər uzunluqda yol qət etməyəcək.
Qeyd edək ki, "Qarabağ" "Nant"la sentyabrın 15-də evdə, oktyabrın 27-də isə səfərdə qarşılaşacaq. (Report)