"Qalatasaray" Mauro İkardini heyətinə qatdı

20:41 7 Sentyabr 2022

Türkiyənin "Qalatasaray" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, "sarı-qırmızılar" PSJ-dən Mauro İkardini heyətinə qatıb. Bu barədə Super Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

 

Argentinalı forvard artıq İstanbuldadır. 29 yaşlı hücumçu 2022/2023-cü il mövsümünü icarə əsasında "Qalatasaray"da keçirəcək. Müqavilədə satınalma bəndi yoxdur.

 

Qeyd edək ki, PSJ Mauro İkardini 2019-cu ilin yayında "İmter"dən transfer edib. Təcrübəli qolçu Paris təmsilçisinin heyətində meydana çıxdığı 92 matçda 38 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. 


Digər xəbərlər

Xəbər xətti