FİFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov qurumun prezidenti Canni İnfantinon rəhbərlik etdiyi heyətlə birlikdə Yunanıstan Futbol Federasiyasının rəhbərliyi ilə görüşüb.
Görüş Fransanın paytaxtı Parisdə olub. Görüşdə Yunanıstan Futbol Federasiyasının prezidenti Panayotis Baltakos və baş direktor səlahiyyətlərini icra edən Yakovos Filippusis iştirak ediblər.
Tərəflər Yunanıstan futbolu ilə bağlı məsələləri müzakirə ediblər və qarşılıqlı əməkdaşlığın davam etdiriləcəyini bildiriblər.