UEFA-dan Kvaratsxeliya ilə bağlı paylaşım

16:00 8 Sentyabr 2022

UEFA-nın mətbuat xidməti “Twitter” hesabında “Napoli”nin gürcü yarımmüdafiəçisi Xviça Kvaratsxeliyaya həsr olunmuş paylaşım edib.
 
Sportarena.az xəbər verir ki, paylaşımda belə yazılıb: “Kvaratsxeliya xüsusidir”.
 
“Napoli” ötən gecə UEFA Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda “Liverpul”a qalib gəlib (4:1). Gürcü futbolçu bu oyunda bir məhsuldar ötürmə ilə yadda qalıb.
 
21 yaşlı Kvaratsxeliya cari mövsümün startından əvvəl “Dinamo”dan (Batumi, Gürcüstan) “Napoli”yə keçib. Onun atası Badri Kvaratsxeliya 1997-98-ci illərdə “Kəpəz”də, 1998-2005-ci illərdə isə “Şəmkir”də oynayıb. Badri Azərbaycan milli komandasının da formasını geyinib. 


Digər xəbərlər

Xəbər xətti