UEFA "Sivasspor"u cərimələyib.
Buna səbəb Türkiyə təmsilçisinin fanatlarının Avropa Liqasının pley-off mərhələsində "Malmö" (İsveç) ilə cavab oyununda meydana yad maddələr atmasıdır. Ona görə də Superliqa təmsilçisi 31 min 500 avro məbləğində cərimələnib.
Eyni hərəkətə görə "Malmö" də cəzalandırılıb - 31 min 500 avro.
Qeyd edək ki, "Malmö" "Sivasspor"a qalib gələrək (3:1, 2:0) Avropa Liqasının qrup mərhələsinə adlayıb. Türkiyə klubu isə yoluna Konfrans Liqasının qrup mərhələsində davam edəcək. Komanda bu gün 1-ci turda Çexiya "Slaviya"sı ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.