"Barselona"nın hücumçusu Robert Levandovski Çempionlar Liqasının ən məhsuldar futbolçuları siyahısında mövqeyini yaxşılaşdırıb.
Sportarena.az xəbər verir ki, polşalı forvard buna qrup mərhələsinin "Viktoriya" ilə matçında het-trik etməklə nail olub.
34 yaşlı futbolçu Çexiya klubu ilə oyunda 3 dəfə fərqlənməklə turnirdə vurduğu qolların sayını 89-a çatdırırb. O, 86 qol vuran "Real"ın hücumçusu Kərim Benzemanı qabaqlayıb.
Çempionlar Liqası tarixinin ən yaxşı bombardiri Kriştiano Ronaldodur. "Mançester Yunayted"in ulduz futbolçusu turnirdə 141 qol vurub. İkinci yerdə isə 125 dəfə fərqlənən PSJ-nin hücumçusu Lionel Messidir.