"Qrasshopper"də çıxış edən millimizin hücumçusu Renat Dadaşov İsveçrə Superliqasında avqustun ən yaxşı futbolçusu seçilib.
23 yaşlı futbolçu azarkeşlər arasındakı səsvermədə bütün rəqiblərini qabaqlayıb. Millimizin üzvü 3 qol və 1 məhsuldar ötürmə ilə hazırda bombardirlərin siyahısında 3-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Renat Dadaşov mövsümün əvvəlində "Vulverhempton"dan "Qrasshopper"ə keçib.