"Karyeramı film sektorunda davam etdirəcəyəm" - Zabit Səmədov

23:45 8 Sentyabr 2022

Azərbaycanlı kikboksçu, K-1 növündə çıxış edən Zabit Səmədovun Bakıda keçiriləcək vida döyüş gecəsindən əvvəl mətbuat konfransı təşkil olunub.

Səmədov əvvəlcə braziliyalı rəqibi  Antonio Silva haqda sualı cavablanıdırb: "Rəqibin hansı güclü tərəfi olduğunu açıqlamaq düzgün deyil. Sirr saxlayırıq. Zəif və güclü tərəflərini bilirik. Hər şeyi rinqdə göstərəcəyik".

Təcrübəli idmançı karyerasını bitirdikdən sonra film sektorunda çalışacağını deyib: "Artıq 38 yaşım var. Film sektorunda davam etmək fikrim var. Bir möhtəşəm layihəmiz olacaq, vətən mövzusunda filmdir. Döyüşdən sonra açıqlayacağam.

Səmədov ilk və son döyüşü haqda hisslərini bölüşüb: "İlk döyüşlərdə həyəcan var idi. Amma sonuncu döyüşün məsuliyyəti böyükdur. 2013-cu ildən uduzmuram. İstəyirəm ki, karyeramı qələbə ilə bitirim".

Z.Səmədov onu da bildirib ki, məğlub olsa, bu, onun son döyüşü olmaya bilər: "Bu döyüşdə mütləq qələbə qazanmalıyam. Əgər uduzsam, revanş olacaq. Mən 3-4 il əvvəl Silvaya döyüş təklif etmişdim. Həmin vaxt alınmamışdı. O, simpatiyam olan idmançıdır".

Qeyd edək ki, Zabit Səmədov sabiq UFC döyüşçüsü olan Antonio Silva ilə vida döyüşü sentyabrın 10-da Milli Gimnastika Arenasında keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti