Azərbaycanın veteran cüdoçusu 10-cu dəfə dünya çempionu oldu

01:13 9 Sentyabr 2022

Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli Polşanın Krakov şəhərində usta cüdoçular arasında keçirilən Dünya çempionatında qızıl medal qazanıb. 
 
M7 kateqoriyası üzrə 90 kq çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
 
Rəcəbli ardıcıl olaraq Ukrayna, Böyük Britaniya və Almaniyadan olan rəqiblərini məğlub edib.
 
Bu, Azərbaycan təmçsilçisinin usta cüdoçular arasında dünya çempionatlarında qazandığı 10-cu qızıl medalıdır. 


Digər xəbərlər

Xəbər xətti