Almaniyanın “Frayburq” komandasının baş məşqçisi Kristian Ştrayx Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. O, 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
"Rəqibi analiz etmişdik. Onların UEFA Çempionlar Liqasının təsnifat mərhələsindəki görüşlərini izləmişdim. “Qarabağ"ın çox güclü futbolçuları var. Bu matçın belə keçəcəyini gözləyirdim. İlk 20 dəqiqədə çox yaxşı oynadıq”.