Güləş millimiz dünya çempionatında mübarizəyə başlayır

09:56 10 Sentyabr 2022

Bu gün Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı start götürəcək.

Sentyabrın 18-dək davam edəcək mundialda əvvəlcə yunan-Roma güləşi üzrə Azərbaycan millisi mübarizə aparacaq. Sonrakı günlərdə isə sərbəst güləşçilər yarışa qoşulacaqlar.

İlk yarış günündə Eldəniz Əzizli (55 kq), Ülvü Qənizadə (72 kq) və Sənan Süleymanov (77 kq) qüvvəsini sınayacaq. Sentyabrın 11-də Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Rafiq Hüseynov (82 kq), Arif Niftullayev (97 kq), bir gün sonra isə Murad Məmmədov (60 kq) və Sabah Şəriəti (130 kq) mübarizəyə qoşulacaq.

Sərbəst güləş yarışları sentyabrın 15-də başlayacaq. Güləşin bu növündə Azərbaycan yığmasının 10 üzvü döşək üzərinə çıxacaq. Əvvəlcə Coşqun Əzimov (70 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) və Aydın Əhmədov (125 kq), sentyabrın 16-da Əliabbas Rzazadə (57 kq), Turan Bayramov (74 kq) və Osman Nurmaqomedov (92 kq), sentyabrın 17-də isə İslam Bazarqanov (61 kq), Hacı Əliyev (65 kq) və Maqomedxan Maqomedov (97 kq) mübarizə aparacaq.

Qadın güləşində isə Leyla Qurbanova (53 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Tatyana Omelçenko (62 kq) və Elis Manolova (65 kq) 12-15 sentyabrda qüvvəsini sınayacaq.

Dünya çempionatı

10 sentyabr

55 kq

1/8 final. Eldəniz Əzizli - Covanni Freni (İtaliya)

72 kq

1/8 final. Ülvi Qənizadə - Taişi Hori (Yaponiya) / İbrahim Məhəmmədov (Qazaxıstan)

77 kq

1/16 final. Sənan Süleymanov – İdris İbayev (Almaniya)

Qeyd edək ki, görüşlər Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.


Xəbər xətti