“Qalatasaray” Emre Akbabanı Super Liqanın digər klubuna satdı

10:37 10 Sentyabr 2022

Türkiyənin “Adana Dəmirspor” klubu heyətini yeni futbolçularla gücləndirib. Super Liqa təmsilçisi “Qalatasaray”dan Emre Akbabanı, “Başakşəhər”dən Fredrik Qulbrandseni, həmçinin azad agent statusuna malik Gökhan Törəni transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Gökhan Törə yeni klubu ilə 3 illik müqavilə bağlayıb. “Beşiktaş”la müqaviləsinin müddəti bu yay başa çatan 30 yaşlı futbolçu azad agent olduğu üçün, Adana təmsilçisi əlavə xərcə düşməyib. Gökhan 2013-2019-cu illər aralığında da formasını geyindiyi “Beşiktaş”da 2020-ci ildən çıxış edirdi. Peşəkar karyerasına Almaniyanın “Hamburq” komandasında başlamış Törə, “Rubin”, “Vest Hem” və “Yeni Malatyaspor” kimi klubların da formasını geyinib. O, Türkiyə millisində 26 oyun keçirib.
 
“Adana Dəmirspor” Emre Akbabanın transferi üçün “Qalatasaray”a 500 min avro ödəyib. 30 yaşlı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb. 2019-cu ildən “sarı qırmızılar”ın formasını geyinən Emre, ötən mövsümü icarə əsasında “Alanyaspor”da keçirib. O, “Kahramanmaraş” və “Antalyaspor”un da uğurları üçün çalışıb, Türkiyə millisində 6 oyuna 3 qol vurub. 


Digər xəbərlər

Xəbər xətti