Qətərdə DÇ-2022-nin finalına ev sahibliyi edəcək “Lusail” futbol stadionunun rəsmi açılışı olub.
Bu barədə çempionatın Təşkilat Komitəsinin mətbuat xidməti məlumat yayıb. Stadion 80 min azarkeş tutumuna malikdir.
Stadionun ev sahibliyi edəcəyi ilk oyun noyabrın 22-də Argentina - Səudiyyə Ərəbistanı matçı olacaq.
Qeyd edək ki, mundialın finalı dekabrın 18-də keçiriləcək.