Türkiyənin "Qalatasaray" klubu daha bir futbolçusunu icarəyə verib.
Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi Oğulcan Çağlayanı "Giresunspor"a göndərib. 26 yaşlı vinger 2022/2023 mövsümünü icarə əsasında Super Liqa təmsilçisinin heyətində keçirəcək.
Qeyd edək ki, "Qalatasaray" Oğulcan Çağlayanı 2020-ci ilin yayında "Rizespor"dan transfer edib. Oyunçu son mövsümün ikinci yarısını icarə əsasında "Eyüpspor"da keçirib.