Ozan Can yenə qol vurdu, “Eyndhoven” darmadağına sevindi

14:05 10 Sentyabr 2022

Futbol üzrə Niderland I Divizionunda VI turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün şərəfini qoruduğu "Eyndhoven" doğma meydanda "Maastrixt"i qəbul edib. Matç ev sahiblərinin 5:0 hesablı qələbəsiylə başa çatıb.

 

Ozan Can Kökçü də bu görüşün iştirakçısı olub. 25 yaşlı vinger qarşılaşmaya start heyətdə başlayıb və 73-cü dəqiqədə əvəzlənib. O, 72-ci dəqiqədə komandasının 4-cü qolunu vurub.

 

6 turdan sonra 16 xal toplayan "Eyndhoven" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 


Digər xəbərlər

Xəbər xətti