"Real Madrid" Ançelotti ilə müqaviləni uzadır

14:30 10 Sentyabr 2022

İspaniya "Real Madrid"i baş məşqçisi Karlo Ançelotti ilə müqaviləni yeniləməyə hazırlaşır.

 

"Kral klubu"nun prezidenti Florentino Peres italiyalı mütəxəssisin işindən razıdır. O hesab edir ki, 63 yaşlı baş məşqçinin futbolçular arasında hörməti qazanılan nəticələrdə həlledici rol oynayır.

 

Qeyd edək ki, Karlo Ançelotti 2021-ci ildə "Real Madrid"lə üç illik müqavilə imzalayıb. Komanda ötən mövsüm onun rəhbərliyi altında İspaniya La Liqasının və UEFA Çempionlar Liqasının qalibi olub. (Report)


Xəbər xətti