Zabit Səmədov karyerasını qələbə ilə başa vurdu

01:00 11 Sentyabr 2022

Azərbaycanlı kikboksçu Zabit Səmədov peşəkar karyerasını başa vurub.

Sportarena.az xəbər verir ki, idmançımız sonuncu döyüşünü braziliyalı sabiq UFC döyüşçüsü Antonio Silvaya qarşı keçirib. O, "sambaçı"nı 1-ci raundda nokauta salmaqla kəmərə sahib çıxıb.

Bununla da Zabit Səmədov karyerasındakı sonuncu döyüşünü başa vurub. O, "karyeramın son döyüşünü vətəndə keçirdiyim üçün şadam" deyə döyüşdən sonra qeyd edib.

Qeyd edək ki, 38 yaşlı Zabit Səmədov karyerası ərzində 113 döyüş keçirib. Bunlardan 103-də qalib gəlib. 


Digər xəbərlər

Xəbər xətti