"Sumqayıt" - "Şamaxı" matçında qollu heç-heçə, "Qarabağ" "Sabah"ı məğlub etdi

Sportarena.az      11 Sentyabr 2022 , 22:28

Bu gün Misli Premyer Liqasında VI tura yekun vurulub. Sportarena.az xəbər verir ki, əvvəlcə “Sumqayıt” “Şamaxı”nı qəbul edib.

Sumqayıtdakı qarşılaşmada komandalardan biri yeni mövsümdə ilk qələbəsini rəsmiləşdirə bilərdi. Əks halda bu iki komandanın qələbə həsrəti bir qədər də uzanmış olacaqdı. Yekunda belə də olub. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Son çempion “Qarabağ” isə turun mərkəzi oyununda əsas rəqiblərindən biri “Sabah”la üz-üzə gəlib.Yeddi qolun qeydə alındığı bu oyunda Ağdam təmsilçisi çətin qələbəyə sevinib.

Turun açılış matçında “Turan Tovuz” evdə “Kəpəz”i 2:0 hesabı ilə məğlub edib. İkinci oyun günündə “Neftçi” səfərdə “Qəbələ”yə, “Zirə” isə “Səbail”yə 2:1 hesabıyla qalib gəlib.

Misli Premyer Liqası
VI tur
11 sentyabr

“Sumqayıt” – “Şamaxı” 1:1
Qol: A.Aqanspahiç, 3-pen – B.Həziyev, 45.
Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Cavanşir Yusifov, Emin Əliyev
Hakim-inspektor: Ceyhun Haşımov
“Kapital Bank Arena”, 18:00

Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 30. Filipe Çabi, 9. Almir Aqanspahiç, 12. Todor Todoroski, 22. Damian Daniçiç.
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 36. Xəyal Fərzullayev, 7. Araz Abdullayev, 15. Vüqar Bəybalayev, 24. Elşən Abdullayev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 5. Stiven Pereyra, 23. Rifat Nurmuqamet, 70. Ouro-Nil Ture, 37. Alya Ture.
Baş məşqçi: Aleksey Baqa.
Şamaxı: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 8. Kamal Mirzəyev, 55. Adil Nağıyev, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 11. Kamran Quliyev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 21. Qurban Səfərov.
Ehtiyat oyunçular: 12. Əkpər Vəliyev, 99. Sahib Həsənov, 88. Bəhruz Teymurov, 17. Elçin Rəhimli, 7. Asim Əlizadə, 22. Elçin Mustafayev, 77. Samir Qurbanov, 14. Uğur Cahangirov, 33. Abdulla Rzayev, 30. Mirəli Əhmədov.
Baş məşqçi: Vüqar Əsgərli.

“Qarabağ” – “Sabah” 4:3
Qol: M.Qurbanlı, 29. E.Cəfərquliyev, 51. R.Şeydayev, 84-pen; 90+4-pen – E.Apeh, 33. C.L.Mikels, 60.
Qırmızı vərəqə: A.Ba, 43.
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu
Hakim-inspektor: Vüsal Əliyev
“Azersun Arena”, 20:30

Qarabağ: 23. Luka Quqeşaşvili, 7. Riçard Almeyda, 19. Filip Ozobiç, 2. Qara Qarayev (k), 30. Abbas Hüseynov, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 89. Amin Ramazanov, 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 20. Kadi Borges, 11. Kvabena Ovusu.
Baş məşqçi: Qurban Qurbanov.
Sabah: 12. Yusif İmanov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 29. Ceyhun Nuriyev, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 99. Emmanuel Apeh, 19. Con İrasabal.
Ehtiyat oyunçular: 1. Aleksandr Neçayev, 94. Nicat Mehbalıyev, 14. Bəxtiyar Həsənalızadə, 21. İldar Ələkbərov, 6. Abdulah Xaybulayev, 5. İdris İnqilablı, 33. Camal Cəfərov, 30. Nemət Şıxəmirov, 22. Seymur Məmmədov, 18. Davit Volkov, 8. Aleksey Kaşuk.
Baş məşqçi: Murad Musayev. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin