“Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli Prmeyer Liqanın 6-cı turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib. O, 1:1 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Hər iki komanda üçün xal qazanmaq baxımından vacib oyun idi. Bizdə heyət baxımından sıxıntılar var idi. Bəzi futbolçularımız zədə səbəbindən komandaya kömək edə bilmirdi. Buna baxmayaraq, futbolçularımız əzmkarlıq göstərdi və bizə lazım olan xalı qazandılar. Bura qədər çox xallar itirmişdik. Fərqli iki hissə izlədik. İlk hissədə tez qol buraxmağımız futbolçuları şoka saldı. Amma toparlanmağı bacardılar, qolu vurdular və xal qazandıq”.