"Qarabağ"ın kapitanı yenidən zədələndi

23:14 11 Sentyabr 2022

“Qarabağ”ın müdafiəçisi Maksim Medvedev yenidən zədələnib. Bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov açıqlama verib.
 
50 yaşlı mütəxəssis bildirib ki, kapitan Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində Almaniyada keçirilmiş “Frayburq”la səfər matçından əvvəl məşq vaxtı ciddi zədələnib. O, 33 yaşlı müdafiəçinin 1 ay oynamayacağını söyləyib.
 
Qurbanov daha bir arxa xətt oyunçusu Bədavi Hüseynovun da müəyyən ağrıları səbəbindən MRT müayinəsindən keçdiyini diqqətə çatdırıb. Baş məşqçi bu səbəbdən, Hüseynovu Premyer Liqanın 6-cı turunun “Sabah”la matçına buraxmağa risk etmədiyini dilə gətirib: “Əlimizdəki futbolçulara güvənərək, davam edəcəyik”.
 
“Qarabağ” "Sabah"a 4:3 hesabı ilə qalib gəlib. Avropa Liqasının qrup mərhələsində isə Azərbaycan təmsilçisi "Frayburq"a səfərdə uduzub - 1:2. Növbəti oyun Tofiq Bəhramov adına Respublika stadionunda Fransa "Nant"ına qarşı olacaq. Sentyabrın 15-də keçiriləcək oyuna saat 20:45-də start veriləcək. 


Digər xəbərlər

Xəbər xətti