“Sabah”ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 6-cı turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. O, 3:4 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Uşaqlara bu gün göstərdikləri xarakterə görə təşəkkür edirəm. Azlıqda oynadıq. Buna baxmayaraq, intizamı qoruduq. Bu rəqibə qarşı oynamaq çətindir. Yenə də futbolçularıma təşəkkür edirəm”.
Rusiyalı mütəxəssis hakimlik haqqında bunları söyləyib: "Matça yenidən baxmaq lazımdır. Mübahisəli anlar var idi. 4-cü qoldan əvvəl sanki top rəqibdən çıxmışdı. Görüşə baxdıqdan sonra nəsə demək olar”.