“Qarabağ”ın dünya reytinqindəki yeni mövqeyi bəlli oldu

15:41 11 Sentyabr 2022

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb. Sportarena.az İFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, 304 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yalnız “Qarabağ” yer alıb.
 
Hesabında 131 xal olan Ağdam klubu ötən ayla müqayisədə 13 sıra geriləyərək 91-ci pillədə qərarlaşıb.
 
Ölkə çempionu Türkiyənin “Fənərbaxça”, Kolumbiyanın “Atletiko Nasyonal” və Belçikanın “Brügge” klubları ilə eyni xala malikdir.
 
İlk üçlükdə 305 xalla “Palmeyras”, 303 xalla “Flamenqo” (hər ikisi Braziliya) və 293 xalla “Liverpul” (İngiltərə) qərarlaşıb.


Xəbər xətti