Xavi Zidanın rekordunu təkrarladı

15:57 11 Sentyabr 2022

“Barselona” komandası baş məşqçisi Xavi Ernandesin rəhbərliyi altında İspaniya çempionatında keçirdiyi məğlubiyyətsiz səfər oyunlarının sayını 17-yə çatdırıb. Sportarena.az xəbər verir ki, sözügedən komanda son olaraq ötən gecə 5-ci turun “Kadis”lə səfər matçından 4:0 hesablı qələbə ilə ayrılıb.
 
Xavinin gəlişindən sonra Kataloniya təmsilçisi La Liqa çərçivəsində keçirdiyi 17 oyundan 12-də qələbə qazanıb, 5 qarşılaşmada heç-heçə ilə kifayətlənib.
 
Bununla da Xavi, Madrid “Real”ının sabiq baş məşqçisi Zinəddin Zidanın rekordunu təkrarlayıb. Paytaxt təmsilçisi də 2016-cı ildə Zidanın təyinatından sonrakı 17 səfər qarşılaşmasında yenilməmişdi.
 
Xatırladaq ki, Xavi Ernandes 2021-ci ilin noyabrında “Barselona”nın baş məşqçisi təyin edilib. 


Xəbər xətti