"Sinkfild Kuboku": Şəhriyar Məmmədyarov Aronyanla heç-heçə oynayaraq turniri başa vurdu

02:54 12 Sentyabr 2022

Sent-Luisdə (ABŞ) Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirak etdiyi "Sinkfild Kuboku" başa çatmaq üzrədir.

Məmmədyarov finalda Levon Aronyanla (ABŞ) heç-heçə edib.

"Grand Chess Tour"un sonuncu mərhələsi olan turnirdə həmçinin Maksim Vaşye-Laqrav, Əlirza Firuzja (hər ikisi Fransa), Uesli So, Fabiano Karuana, Lenyer Dominqes, Levon Aronyan, Hans Niemann (hamısı ABŞ-dan) və Yan Nepomnyaşi (Rusiya) iştirak edirlər.

Qeyd edək ki, yarışda üç turdan sonra püşkatmadan geri çəkilən və oynadığı oyunların nəticələri ləğv edilən Maqnus Karlsen (Norveç) də iştirak edib. (Report)


Digər xəbərlər

Xəbər xətti