İtaliya çempionatı: “Yuventus”la “Atalanta” evdə xal itirdi

10:25 12 Sentyabr 2022

İtaliya A Seriyasında 6-cı turun oyunları keçirilir. Sportarena.az xəbər verir ki, daha 6 qarşılaşma baş tutub.

“Atalanta” - “Kremoneze” və “Leççe” - “Montsa” matçlarında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Yuventus” da “Salernitana” ilə ev oyununda məğlubiyyətdən son anda qurtulub.

“Bolonya” “Fiorentina”ı, “Latsio” isə “Verona”nı məğlub yola salıb. Səfərdə “Sassuolo” ilə qarşılaşan “Udineze” də turu qələbə ilə başa vurub.

İtaliya A Seriyası
6-cı tur

Atalanta – Kremoneze 1:1

Qol: M.Demiral, 74 – Valeri, 78.

Sassuolo – Udineze 1:3
Qol: Frattezi, 33 – Beto, 75; 90+3. Samardziç, 90+1.

Leççe – Montsa 1:1
Qol: Qonsales, 48 – Sensi, 35.

Bolonya – Fiorentina 2:1
Qol: Barrou, 59. Arnautoviç, 62 – Martines, 54.

Latsio – Verona 2:0
Qol: İmmobile, 68. L.Alberto, 90+5.

Yuventus – Salernitana 2:2
Qol: Bremer, 51. Bonuççi, 90+3 – Kandreva, 18. Pyontek, 45+4. 


Digər xəbərlər

Xəbər xətti