Montsa avtodromunda "Formula 1" üzrə İtaliya Qran Prisi keçirilib.
Qalib adını "Red Bull" pilotu Maks Ferstappen qazanıb. 53 dövrəlik mübarizədə finişə ikinci sırada "Ferrari"dən Şarl Lekler çatıb. "Mercedes"in sürücüsü Corc Rassell isə üçüncü olub.
Ümumilikdə 20 pilotdan 16-sı finiş xəttini keçməyi bacarıb. Daniel Rikkardo ("McLaren"), Lens Stroll ("Aston Martin"), Fernando ALonso ("Alpine") və Sebastyan Fettel ("Aston Martin") erkən mərhələlərdə mübarizəni dayandırmalı olub.
Beləliklə, Ferstappen xalını 335-ə çatdıraraq, ən yaxın izləyicisi Leklerlə xal fərqini 116-ya çatdırıb. "Red Bull"un digər pilotu Serxio Peres 210 xalla 3-cüdür. Konstruktorlar Kubokunda isə "Red Bull" 545 xalla 1-ci, "Ferrari" 406 xalla 2-ci, "Mercedes" 371 xalla 3-cüdür.