“Qalatasaray”ın baş məşqçisi Okan Burukun 13 yaşlı oğlu Əli Yiğit Buruk xərçəngdən sağalıb.
Sportarena.az xəbər verir ki, dünən “Qalatasaray”-“Kasımpaşa” matçında oyunu izləyənlər arasında baş məşqçinin oğlu da olub.
Kasımpaşa matçının sonunda tribunaların istəyi ilə meydançaya çıxan Əli Yiğit matçın sonunda hisslərini bölüşüb. Əli "Çox sevindim. Məni dəvət etdilər, çox sevindirdilər. Çox yaxşı şeylər hiss etdim. Ürəyim döyünürdü. Atama güvənirəm, inşallah çempion olacağıq” deyib.
Okan Buruk isə oğlu ilə bağlı "Oğlum mənim üçün önəmli və dəyərlidir. Daha əvvəl Ümraniye matçına gəlmişdi. Deyirdik ki, komandanın bəxti sənsən, bütün matçlara gəl. Onunla birlikdə o xoşbəxtliyi yaşamaq əvəzsizdir. Ümid edirəm ki, mövsümün sonunda çempionluğu bölüşəcəm” söyləyib.