“Kəpəz” iki günlük istirahətin ardından həftəsonu “Şamaxı”ya qarşı keçirəcəyi oyunun hazırlığına başlayıb.
Sportarena.az xəbər verir ki, bu gün bir dəfə məşq edən komanda sabah və birisi gün səhər və axşam olmaqla iki dəfə məşq edəcək.
Hazırlıq prosesləri saat 10:00 və 17:00-a təyin olunub.
Məşqdə zədəli olan Fərid Nəbiyev iştirak etmir. Komandanın digər zədəli futbolçusu Əfran İsmayılov isə kollektivə qoşulub.