İngiltərə Premyer Liqasının 3 oyunu təxirə salındı

22:15 12 Sentyabr 2022

İngiltərə Premyer Liqasında 8-ci turun üç oyunu təxirə salınıb.

Təxirə salınan matçlar "Çelsi" - "Liverpul", "Mançester Yunayted" - "Lids Yunayted", "Kristal Pelas" - "Brayton" görüşləridir.  Böyük Britaniya kraliçası II Elizabetin dəfn mərasimi ilə əlaqədar bu addım atılıb. Daha əvvəl sentyabrın 18-i keçirilməsi planlaşdırılan sözügedən görüşlər qeyri-müəyyən müddətə təxirə salınıb.
 

16-17 sentyabrdakı oyunlar isə təyin olunduğu vaxtda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti