“Bir əsgərin “Turan” arzusu” - VİDEO

14:33 12 Sentyabr 2022

Peşəkar Futbol Liqası "Turan Tovuz" azarkeşi Əli Məmmədovun 44 günlük Vətən müharibəsində dilə gətirdiyi arzusu haqqında sujet hazırlayıb.
 
Sportarena.az xəbər verir ki, "Bir əsgərin "Turan" arzusu" adlı sujetdə əsgərin AFFA-ya müraciəti və müharibə dönəmindəki fotoları yer alıb.
 
Müharibə vaxtı “Arzum, istəyim “Turan Tovuz”un Premyer Liqaya yüksəlməsi, Premyer Liqada oynamasıdır” deyən Əli Məmmədov Tovuz təmsilçisinin "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəldiyi Premyer Liqanın VI tur matçında iştirak edib.
 
Klubun icraçı-direktoru Nadir Nəbiyev ona 44 nömrəli forma və mövsümi bilet təqdim edib. 
 
 


Digər xəbərlər

Xəbər xətti