Azərbaycanın yunan-Roma güləşçiləri beş medal qazandı

07:11 14 Sentyabr 2022

Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam etməkdədi.

Sportarena.az xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov (60 kq) bu gün bürünc medal uğrunda Fumita Keniçiro (Yaponiya) ilə üz-üzə gəlib.

Məmmədov rəqibinə 1:5 uduzaraq yalnız 5-ci yerlə kifayətlənib.

​Yunan-Roma güləşçiləri mundialı 5 medalla başa vurub. Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medala sahib çıxıb. 


Digər xəbərlər

Xəbər xətti