“Qarabağ”dan təklif gələndə bu klubu tanımırdım” - Zubir

08:57 14 Sentyabr 2022

"Qarabağ"ın fransalı vingeri Abdella Zubir ölkəsinin mətbuatına danışıb.

Sportarena.az xəbər verir ki, 2018-ci ildə ölkəmizdə çıxış edən Zubir "Qarabağ"a keçidini xatırlayıb: 

"2018-ci ildə "Lans"da ikinci mövsümümü başa vurdum. Bəzi azarkeşlərlə böyük problemlərim var idi. Ancaq istənilən halda ayrılmaq istəyirdim komandadan. Mövsüm hamı üçün çətin keçmişdi. Liqa 1 və Belçika klublarından təklif almışam. Lakin həmin təkliflər "Lans"a maddi cəhətdən, mənə isə layihə kimi uyğun gəlmirdi. Sonradan "Qarabağ"dan təklif aldım. Klub Çempionlar Liqasının qrup mərhələsində iştirak etmişdi.

Bir az düşündüm. Çünki "Qarabağ"ı ümumiyyətlə tanımırdım. Mənə o vaxt “Qarabağ”da çıxış edən Alharbi El-Jadeyuinin mobil nömrəsini verdilər. Bildirdi ki, ona güvənim və təkliflə razılaşım". 


Xəbər xətti