“Eyndhoven”in futbolçusu Azərbaycan millisinə dəvət aldı

10:30 14 Sentyabr 2022

Niderlandın "Eyndhoven" klubunda çıxış edən Ozan Can Kökçü Azərbaycan millisinə dəvət alıb.

Sportarena.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Slovakiya və Qazaxıstan yığmalarına qarşı UEFA Millətlər Liqasının oyunları üçün heyətə cəlb olunub.

Ozan Can bu mövsüm II liqa klubu ilə 6 matçda 3 qol vurub.

Azərbaycan millisi Millətlər Liqasında sentyabrın 22-də Slovakiyanın qonağı olacaq, 3 gün sonra isə Bakıda Qazaxıstanı qəbul edəcək. 


Digər xəbərlər

Xəbər xətti