Daha 2 güləşçimiz dünya çempionatında mübarizəyə başlayır

11:03 14 Sentyabr 2022

Serbiyanın paytaxtı Belqraddakı güləş dünya çempionatı davam edir

Azərbaycanın daha 2 qadın güləşçisi bu gün mübarizəyə başlayacaq. Jalə Əliyeva (57 kq) 1/8 finalda Culiya Oliveyra (Braziliya) ilə üz-üzə gələcək. Alyona Kolesnik (59 kq) 1/4 finalda Ebru Dağbaşı (Türkiyə) / Sakura Motoki cütünün qalibi ilə güləşəcək.

Leyla Qurbanova (53 kq) və Elis Manolova (65 kq) təsəlliverici qarşılaşmada iştirak edəcək. Qurbanova Vineş Vineş (Hindistan) / Juldiz Eşimova (Qazaxıstan) duelinin güclüsü ilə, Manolova isə Aslı Demirlə (Türkiyə) qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.


Digər xəbərlər

Xəbər xətti